UEFA Millətlər Liqasında üçüncü yerin sahibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu yer uğrunda Niderland və İtaliya milliləri üz-üzə gəliblər. 3:2 hesabı ilə qalib gələn İtaliya bürünc medalın sahibi olub.

Qeyd edək ki, UEFA Millətlər Liqasının finalında bu gün Xorvatiya və İspaniya milliləri qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.