İsveçrənin Nyon şəhərində qadın futbolçular arasında ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqası turnirinin 2023/24-cü illər mövsümünün püşkatma mərasimi baş tutub.

Offsideplus.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi C Liqasının 3-cü qrupunda Monteneqro, Kipr və Farer adaları komandaları ilə mübarizə aparacaq.

Qrup oyunları bu ilin sentyabr, oktyabr, dekabr aylarında keçiriləcək. Turnirin final mərhələsi isə 2024-cü ildə təşkil olunacaq.