"Sumqayıt"ın legioneri Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində evdə Bolqarıstanla UEFA Millətlər Liqasının C Divizionun VI tur oyununda qırmızı vərəqə ilə cəzalanıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçi oyunun 14-cü dəqiqəsində birbaşa "qırmızı" alıb və meydandan qovulub. Matç Bolqarıstan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Todoroski cari mövsümün əvvəlindən "Sumqayıt"ın formasını geyinir.