UEFA Norveç yığma komandasına texniki məğlubiyyət verib.
Offsideplus.az xəbər verir ki, qurum koronavirus səbəbindən Rumıniya millisi ilə görüşə gəlməyən Norveçə rəsmən məğlub elan edib. Norveç Futbol Assosiasiyasına verilən 5 gün müddətində təşkilat qarşılaşmada iştirakdan imtinanın əsaslı səbəbini Avropa futbol qurumuna bildirməlidir. Belə ki, Norveç tərəfi daha sonra apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, Norveç Səhiyyə Nazirliyi milli komandanın səfərə çıxmasına icazə verməyib.