Futbol üzrə UEFA Millətlər Liqasında mövsümün aşağı liqaya yuvarlanan ilk komandası müəyyənləşib.

Offsideplus.az xəbər verir ki,  İslandiya yığması ötən gecə Belçikaya 1:2 hesabıyla uduzaraq A liqasının 2-ci qrupunda sonuncu yeri rəsmiləşdirib. 
Dörd oyundan sonra xalı olmayan İslandiya yığması növbəti mövsümdən B liqasında çıxış edəcək.
Qeyd edək ki, 2-ci qrupda 9 xala malik Belçika birincidir. Danimarka və İngiltərə yığmalarının isə 7 xalı var.