İngiltərə Premyer Liqasında çıxış edən Roberto Firmino "Barsa"nın müdafiəçisini yaxşıca tərifləyib.

Offsideplus.az xəbər verir ki, "Liverpul" və Braziliya millisinin futbolçusu Firmino Filip Koutinyo haqqında açıqlama verib.

"Liverpul"un ulduzu Braziliya yığmasındakı komanda yoldaşı Koutinyonu tərifləyərək onun sehrli güclərə sahib olduğunu da əlavə edib.

"Sən sadəcə deyə bilməzsən ki, o sehrbaz deyil. Koutinyonun sehrli gücləri var. O mümkün olmayan oyunlar sərgiləyir. İnanılmaz futbolçudur, onunla "Liverpul"da oynamaq böyük şərəf idi. Koutinyonun böyük azarkeşiyəm, o dünyada ən yaxşı futbolçulardan biridir", - deyə Firmino bildirib.