"Real Madrid"in ulduzu Azərbaycan millisinə qarşı oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, söhbət Eduardo Kamavinqadan gedir. O, əzələ ağrısı səbəbindən Fransa – Ukrayna qarşılaşmasında iştirak etməyəcək. Fransa Futbol Federasiyasının məlumatına görə, futbolçunun əzələ ağrıları problemindən şikayətləndiyi bildirilib.

“Real Madrid” yarımmüdafiəçisinin vəziyyəti bu gecə keçiriləcək matçdan sonra yenidən qiymətləndiriləcək. Əgər zədə ciddi olarsa, Kamavinqanın Azərbaycanla oyunu da buraxma ehtimalı var.

Qərar futbolçunun Fransa millisinin düşərgəsində qalacağı, yoxsa Madriddəki kluba qayıdacağı ilə bağlı tibbi müayinələrin nəticəsindən sonra veriləcək.