Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası iyunun 1-dən 11-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək.

Offsideplus.az xəbər verir ki, hazırlıq prosesi müddətində komanda həm fiziki, həm də taktiki baxımdan növbəti turnirlərə uyğunlaşdırılacaq.

Toplanış çərçivəsində yığmamız iki beynəlxalq yoxlama oyunu keçirəcək. İyunun 6-da Qazaxıstan, iyunun 10-da isə Gürcüstan U-17 komandaları ilə qarşılaşmalar nəzərdə tutulub.

U-17 millisinə bu toplanış üçün 25 futbolçu dəvət olunub. Siyahıda həm yerli klubların, həm də xarici komandaların üzvləri yer alır. Xüsusilə İspaniyanın “Marcet” futbol akademiyasından bir neçə futbolçunun çağırılması diqqət çəkir.

Toplanışa çağırılan futbolçuların siyahısı:

N. Ad / Soyad Klub
1 Nurəziz Əzizov Neftçi
2 Rauf Əyyubov Sabah
3 Ramal Qəmbərov Marcet
4 Uğur Qurbanlı Qarabağ
5 Toğrul Mehdizadə Vətən
6 Zeyd Nəsirulla Herta Zehlendorf (Almaniya)
7 Kamil Həsənov Marcet (İspaniya)
8 Səttar Tahirzadə Marcet (İspaniya)
9 Rəşad Gülüşov Vətən
10 Atacan Məmmədov Marcet (İspaniya)
11 İsmayıl Səfərli Neftçi
12 Muhamməd Çodarov Marcet (İspaniya)
13 Onur Əliyev Qarabağ
14 Rəsul Balakişiyev Marcet (İspaniya)
15 Nurlan Mələkov Neftçi
16 Nihad Hüseynzadə Sabah
17 Eldar Abbasov Qarabağ
18 Ramin Abiyev Neftçi
19 Adnan Bunyatov Marcet (İspaniya)
20 İsmayıl Rzayev Lion (Fransa)
21 Əli Kiçibəyov Marcet (İspaniya)
22 Əli Bəşirov Qarabağ
23 Orxan Əliyev Neftçi
24 Pünhan Kərimov Marcet (İspaniya)
25 Nicat Kərimov Vətən