"Barselona"nın iki futbolçusu sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, gənc yarimmüdafiəçi Mark Kasado dizindən zədələnib. O, 2 ay meydanlardan uzaq qalacaq.
İnyiqo Martinesin zədəsi isə daha yüngüldü. Onun 2-3 həftə sonra meydanlara qayıdacağı gözlənilir.
Hər iki futbolçu İspaniya millisinin heyətindən çıxarılıb.