İtaliya milli komandasının və "Yuventus"un əfsanəvi futbolçusu Canluici Buffonun oğlu Lui Çexiyadan dəvət alıb.

Offsideplus.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin adı Çexiyanın U-18 yığmasına çağırılan futbolçuların siyahısına düşüb.

Lui Canluici Buffonun keçmiş həyat yoldaşı, çexiyalı fotomodel Alena Şeredova ilə birgə nigahdan doğulan övladıdır. O, həm İtaliya. həm də Çexiya vətəndaşlığını daşıyır. Bildirilir ki, Lui məhz anası ilə söhbətdən sonra Çexiiya yığmasında oynamaq qərarı verib. 

Çexiya Futbol Federasiyasının rəhbərliyi artıq yeni proqramın tətbiqinə başlayıb. Futbol idarəçiləri digər ölkələrdə yaşayan, eyni zamanda Çexiya ilə bağllığı olanları fəal şəkildə milli komandanın düşərgəsinə dəvət edirlər.

Qeyd edək ki, Lui Buffon İtaliya B seriyasında yarışan "Piza"nın şərəfini qoruyur