17 yaşlılardan ibarət millimiz Belarusun paytaxtında təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq.
Offsideplus.az xəbər verir ki, turnir 16-21 fevral aralığında baş tutacaq. Turnirdə millimizdən başqa Qazaxıstan, Belarus, Özbəkistan, Rusiya, İran, Tacikistan milliləri, həmçinin Braziliyanın “BSA Academy” komandası da, olacaq.
Qeyd edək ki, millimiz A qrupunda yer alacaq. Rəqiblərimiz isə illimiz fevralın 16-da Belarus, 17-də “BSA Academy”, 19-da Özbəkistan olacaq. Növbəti mərhələnin matçları isə fevralın 21-də baş tutacaq.