Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək heyətini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi İlqar Aslanov, 12 nəfərlik oyunçu heyətini müəyyənləşdirib. Heyətdə Əbdül Hüseynov və Əli Həsənzadə qapıçılar olaraq yer alır.
Digər oyunçular isə bunlardır: Nazim Hüseynov, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Bəyoğlan Vəlizadə, Pünhan Qasımov, Ədalət Ələkbərov, Rəvan Məsiyev, Rəvan Quliyev, Umud Qasımov, Hüseyn Cəfərzadə.
Azərbaycan U-19 futzal milli komandası yanvarın 25-də Kosovo, 26-da isə San Marino ilə qarşılaşacaq. Bu oyunlar San Marinoda keçiriləcək və hər iki rəqibin müvafiq yaş qrupundakı yığmaları ilə qarşılaşmalar baş tutacaq. Qrupda birinci yeri tutan komanda əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları isə martın 21-dən 26-dək keçiriləcək.