Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

Offsideplus.az  xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 

13-cü qrupda yer alan U-19 Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları 2025-ci ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək