Romelu Lukaku komanda yoldaşı Tibo Kurtuanın Belçika milli komandasına çağrılmama səbəbindən dolayı ölkənin futbol federasiyasını tənqid etdi.

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, forvard bunları söyləyib:

"Baş məşqçi Domeniko Tedesko ilə Tibo Kurtua arasında baş verən gərginliyi federasiya rəhbərliyi həll etməli idi. Tibo ilə bağlı heç bir suala cavab vermək mümkün deyil. Çünki buna icazə yoxdur".