Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turunun Azərbaycan Estoniya matçının keçiriləcəyi stadion bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, sözügedən qarşılaşma noyabrın 16-da Qəbələ şəhər stadionunda baş tutacaq. Azərbaycan - Estoniya matçının start fiti saat 18:00-da səslənəcək.

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsinin ilk dörd matçında xalsız qalıb.