Xorvatiyada keçirilən 23 yaşadək minifutbolçular arasında dünya çempionatının yarımfinal oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisi Çexiya ilə qarşılaşıb.

Komandamız qrupda 0:2 hesabı ilə məğlub olduğu rəqiblə yenidən bacarmayıb. Yığmamız "4-1" hesab ilə uduzub. Millimiz bürünc medal uğrunda matça çıxacaq.

Qeyd edək ki, digər yarımfinalda Slovakiya Serbiyanı sınağa çəkəcək.