İspaniya millisinin üzvləri Lamin Yamal və Rodri siyasi xarakterli şüarlardan istifadə etdiklərinə görə UEFA tərəfindən sərt cəzalandırıla bilərlər.
Offsideplus.az xəbər verir ki, onların "Cəbəllütariq İspaniyadır" deməsindən sonra Cəbəllütariq Futbol Assosiasiyası rəsmi şikayət edib.
İddiaçı tərəfin şikayəti təmin olunarsa, hər iki futbolçunu cəza gözləyir.
Xatırladaq ki, Türkiyə millisinin üzvü Merih Demiral "bozqurd" işrasindən istifadə etdiyinə görə, 2 oyunluq diskvalifikasiya edilmişdi.