Azərbaycan millisinin üzvlərindən biri karyerasını Türkiyədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, söhbət Şahruddin Məhəmmədəliyev gedir. Yığmamızın üzvü ilə Super Liqaya yeni vəsiqə qazanan "Eyüpspor" yaxından maraqlanır. Türkiyə mətbuatının xəbərinə görə, Arda Turanın rəhbərlik etdiyi komanda yığmamızın üzvünə dəvət göndərib. İstanbul təmsilçisi qolkiperə 2 illik müqavilə təklif edib.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023/24 mövsümündə "Adana Demirspor"da çıxış edib.