İspaniya Kral Futbol Federasiyası millinin baş məşqçisi Luis de la Fuente ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, mütəxəssislə 2028-ci il Avropa Çempionatına qədər razılıq əldə edə bilər.

Bildirilir ki, AÇ-2024-dəki nəticədən asılı olmayaraq onunla yollara davam ediləcək.

Qeyd edək ki, priney təmsilçisi qitə turnirinin finalında İngiltərə ilə üz-üzə gələcək.