İspaniyalı hücumçu Lamin Yamal Avropa çempionatında Kriştiano Ronaldodan sonra iki məhsuldar ötürmə edən ən gənc oyunçu olub.
Offsideplus.az xəbər verir ki, 16 yaşlı futbolçu Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Xorvatiya ilə, Gürcüstanla isə pley-off mərhələsinin 1/8 finalında qol vurub.
Həmçinin gürcülərlə görüşdə Yamal 7 zərbə vurub və 6 məhsuldar ötürmə edib. O, 1980-ci ildən bəri turnir tarixində 2004-cü ildə Zinəddin Zidandan sonra bir matçda ən azı beş zərbə və eyni sayda məhsuldar ötürmə edən ikinci oyunçudur.