Gürcüstan millisinin Avropa çempionatının pley-off mərhələsinə yüksəlməsini qeyd etmək üçün on minlərlə insan Tbilisi küçələrinə axışıb.
Offsideplus.az xəbər verir ki, Gürcüstan paytaxtının sakinləri şəhərin mərkəzi küçələrini doldurublar. Maşınlar siqnal verib, tıxac yaranıb. Kür çayının sağ və sol sahillərində nəqliyyatın hərəkəti tam dayandırılıb. Eyni vəziyyət Tbilisinin kənarında da müşahidə olunub. Qldani şəhərinin ərazisində avtomobil həvəskarları drift şousu nümayiş etdiriblər. Gürcü bayraqları olan insanlar futbol komandasına dəstək şüarları səsləndiriblər.
Avro-2024-ün qrup mərhələsinin final mərhələsində Portuqaliyaya 2:0 hesabı ilə qalib gələn gürcülər F kvartetində 4 xal toplayaraq 3-cü yeri tutub. Villi Sanolun komandası 1/8 finalda İspaniya ilə qarşılaşacaq. Bu oyun iyunun 30-da baş tutacaq.