"Fənərbağça"da yeni mövsümün hazırlıqlarına start verilib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvert"lər yeni mövsümə hazırlıq çərçivəsində Düzcenin Kaynaşlı rayonundakı Serkan Acar Topuk Yaylası Təsislərində ilk məşqinə çıxıb.
"Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo ilk dəfə komandanın başında olub.
"Fənərbaxça" yeni mövsüm hazırlıqları çərçivəsində ilk yoldaşlıq matçını burada keçirəcək.
İstnabul klubu ilk yoldaşlıq oyununda 29 iyun şənbə günü saat 10.30-da "Petrolul Ploieşti" ilə qarşılaşacaq.
Fənərbaxça bu matçdan sonra İstanbula qayıdacaq, daha sonra düşərgə üçün Avstriyaya yollanacaq. Onlar orada 3 yoldaşlıq oyunu keçirəcək.
Avstriyadakı hazırlıq çərçivəsində klub "Admira Vakker", "Hayduk Split" və "Strasburq"la qarşılaşacaq.
Milli komandaların futbolçularının iştirak etmədiyi məşq isinmə və dartma hərəkətləri ilə başlayıb.
Mövsümün sonunda milli komandalarına qoşulan Aleksandr Djiku və Bright Osayi-Samuelin çərşənbə günü düşərgəyə qoşulacağı bildirilib.