Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Moldovada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirib.
Offsideplus.az xəbər verir ki, Vadul-luy-Voda şəhərində yerləşən Texniki Mərkəzdə meydan sahiblərinin müvafiq yaş qrupu ilə qarşılaşan millimiz meydanı 2:1 hesablı qələbə ilə tərk edib.
Komandamızın heyətində Nicat Nərimanov 61-ci dəqiqədə hesabı açıb. İbrahim Babayev 82-ci dəqiqədə vurduğu qolla qələbəni rəsmiləşdirib.
Tərəflər arasındakı növbəti yoxlama matçı fevralın 27-də baş tutacaq.



