Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Çiki Tapianın ölkəni tərk etməsinə qadağa qoyulub.

Offsideplus.az xəbər verir ki, ona qarşı təxminən 19 milyard dollarlıq çirkli pulların yuyulması və vergi yayınması şübhələri ilə bağlı istintaq aparılır.

Bildirilib ki, Çiki Tapia martın 5-də məhkəmə qarşısına çıxacaq və məsələ ilə bağlı rəsmi ifadə verəcək.

Bu xəbər Argentina futbolunda ciddi rezonans doğurub və prosesin nəticələri diqqətlə izlənilir.