Fransa yığmasının baş məşqçisi Didye Deşam millinin forvardı Kilian Mbappenin gecə klubunda görünməsi ilə bağlı xəbərlərə münasibət bildirib. 

Offsideplus.az "RMC Sport"a istinadən xəbər verir ki, fransız mütəxəssis bunları söyləyib:

"Mbappenin gecə klubunda olması barədə məlumatım yoxdur. Komandada olmayan futbolçularla bağlı xəbərləri izləmirəm. Kilian "Real"ın tərtib etdiyi bərpa proqramında iştirak edir. Onun oyun zamanı klubda olub-olmadığını bilmirəm"

Qeyd edək ki, daha öncə Deşam 25 yaşlı futbolçunun zədədən sağalma mərhələsindən keçdiyi üçün millinin düşərgəsinə çağırılmadığını bildirmişdi.