UEFA Millətlər Liqası çərçivəsində Yunanıstan yığması ilə oyun (1:2) İngiltərə yığmasının cinah hücumçusu Bukayo Saka üçün arzuolunmaz sonluqla yekunlaşıb.
Offsideplus.az "Football London" a istinadən məlumat verir ki, həmin oyunun 52-ci dəqiqəsində zədə səbəbi ilə əvəzlənmiş Sakanın dizaltı vətərinin zədələndiyi müəyyən edilib.
Saka bundan sonra UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində Finlandiya yığması ilə səfər matçında da iştirak edə bilməyəcək.
Qeyd edək ki, sözügedən futbolçu 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.