Türkiyə yığması UEFA Millətlər Liqasının ilk oyununda Macarıstana minimal hesabla uduzub - 0:1.
Offsideplus.az xəbər verir ki, Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş məğlubiyyəti belə şərh edib:
"Rəqibimiz normalda daha yumşaq oyunu ilə seçilir, bu gün isə aqressiv oynadılar. Biz onlara qarşılıq verə bilmədik. Planlaşdırdığımız oyunu meydanda görə bilmədik. Səviyyəmizdən daha aşağı oynadıq. Hansısa oyunçunu ad çəkərək tənqid etməyi düzgün hesab etmirəm. Komanda olaraq pis çıxış etdik. Qol buraxmasına rəğmən, ən yaxşı oyunçumuz Uğurcan idi. Bu da oyunumuzun nə qədər zəif olduğunu göstərir. Komandanı quran mən olduğuma görə, məsuliyyəti də mən daşıyıram".