"Atletik"in (Bilbao) ulduzu Niko Uilyamsın yay "transfer pəncərəsi"ndə adı bir çox klublarla hallansa da futbolçu hazırki komandasında qalmağa qərar vermişdi.
Offsideplus.az xəbər verir ki, Uilyams İspaniyada yayımlanan "La Revuelta" proqramında bu qərarın onun üçün çətin olduğunu və "Barselona"dakı oyunçulardan transfer mesajları aldığını bildirib:
"Çətin idi. Lamin Yamal və Aleksandro Balde mənə tez-tez "Barsa"ya gəlməyim üçün mesaj göndərirdi. Həmçinin azarkeşlərdən də ismarıclar gəlirdi. Bir çoxu getməyimi söyləyirdi".