Joze Mourinyo "Fənərbağça"dan öncə ona gələn böyük təklifdən imtina edib.
Offsideplus.az xəbər verir ki, Mourinyonun uzun illərdir dostu olan məşhur ruminiyalı futbol menecer Covanni Bekali mütəxəssisin Səudiyyə Ərəbistanından gələn bir təklifi rədd etdiyini açıqlayıb. Bekali bu barədə "GSP Romania"ya danışıb.
O, birinci liqaya yeni yüksələn komandanın portuqaliyalı çalışdırıcıya 3 il üçün 150 milyon avro irəli sürdüyünü, lakin Jozenin razı olmayaraq "Fənərbağça"nı seçdiyini qeyd edib.