Ueyn Runi İngiltərə millisinə baş məşqçi təyin edilən Tomas Tuxel haqda maraqlı fikirlər səsləndirib.

Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, yığmanın sabiq kapitanı bunları söyləyib:

"Tuxel çox yaxşı məşqçidir, amma İngiltərə millisinə təyin edilməsinə təəccüblənirəm. Ümidvaram ki, onun üçün hər şey uğurlu olacaq".

Qeyd edək ki, İngiltərə millisinin baş məşqçi postuna təyinatı rəsmən açıqlanan 51 yaşlı Tuxel 2025-ci ilin yanvarından fəaliyyətə başlayacaq.