Rafael Varan "Mançester Yunayted"dəki xatirələri haqda mətbuata maraqlı açıqlama verib.

Offsideplus.az "Ekip"ə istinadən xəbər verir ki, fransalı bunları söyləyib:

"Mançester Yunayted"dəki son mövsümün əvvəlində artıq öz-özümə demişdim ki, futbolçu karyeramı orada bitirmək, bu macəramı bir azacıq da uzatmaq istəyirəm. "Mançester Yunayted"lə İngiltərə Kubokunu qazanmışdım, amma klubun layihəsinin mənə uyğun olmadığını artıq anlamışdım".

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm "Komo" ilə müqavilə imzalasa da aldığı zədə karyerasını bitirməsinə səbəb olub.