"Barselona"nın futbolçusu Frenki de Yonq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az "Sport"a istinadən xəbər verir ki, yarımmüdafiəçi "Mançester Yunayted"in maraq dairəsindədir. Mənbəyə görə, "qırmızı şeytanlar" yanvarda niderlandlı futbolçu ilə rəsmi müqavilə imzalaya bilər.
Qeyd edək ki, sözügedən oyunçu 2019-cu ildən Kataloniya təmsilçisinin uğurları üçün çalışır.