"Mançester Siti"nin forvardı Erlinq Holand karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az "Per Sport"a istinadən xəbər verir ki, "Barselona" norveçli hücumçunun xidmətində maraqlıdır. Mənbəyə görə, maliyyə baxımından çətinliklər yaşayan Kataloniya təmsilçisi transferin reallaşmasında qərarlıdır.
Qeyd edək ki, sözügedən futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.