Juventus-un hücumçusu Kriştiano Ronaldo yaşanan son hadisələrə görə Real-ın prezidenti Florentino Peresdən şübhələnir.

Offsideplus.az-ın “La Reppublica” nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçu hesab edir ki, təcavüzdə günahlandırılma, ilin ən yaxşısı futbolçusu mükafatı uğrunda mübarizədəki uğursuzluq, sponsorlarla münasibətlərin pisləşməsi və Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun Valencia ilə səfər oyununda (2:0) meydandan qovulmasında məhz Peresin əli var.

Ronaldonun Real rəhbərliyi ilə münasibətləri ötən ilin dekabrında Peresin vergi ilə bağlı məhkəmədə Ronaldonu dəstəkləməkdən imtina etməsi ilə pozulmuşdu.