Dünyanın ən dəyərli futbol klublarının adı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, siyahıya 1,805 milyard dollarlıq göstərici ilə "Real" başçılıq edir.

İkinci yerdə "Mançester Siti" (1,726 milyard), üçüncü isə "Barselona"dır (1,653 milyard).

1,498 milyard dollarla "Mançester Yunayted" növbəti pillənin sahibi olub. İlk "5-liy"i isə "Liverpul" (1.487 milyard) tamamlayır.