Argentinanın prezidenti Xavyer Miley maraqlı açıqlama ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, ölkə başçısı Lionel Messini tarixin ən yaxşı futbolçusu adlandırıb:

"Bu ifadəni çoxdan səsləndirirəm. Messi tarixin ən yaxşı futbolçusudur. Hətta bunun videosu belə var. Messi Peledən də yaxşı futbolçudur. Buna heç bir şübhəm yoxdur. Messini qəbul etmək mənim üçün şərəf olardı".