"Yokohama"nın hücumçusu Kazuyoşi Miura Yaponiyanın dördüncü liqasında çıxış edən "Atletiko Sakura"ya keçib.

Offsideplus.az xəbər verir ki, ötən mövsüm 57 yaşlı forvard "Oliveyrense"nin heyətində Portuqaliya ikinci liqasında çıxış edib. O, daha əvvəl 60 yaşına qədər oynamaq niyyətində olduğunu bildirmişdi.

Qeyd edək ki, Miura 1986-cı ildə "Santos"da peşəkar debüt edib.