“Turan Tovuz” futbol klubu turan100k layihəsinə dəstək məqsədi ilə “50 hədiyyə” aktivasiyasına start verir.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Turan100k layihəsində piksel alacaq 50 şanslı azarkeşə "Turan Tovuz"un rəsmi atributikası – şərf hədiyyə ediləcək. 

Şanslı piksel sahiblərinin şəkilləri klubun rəsmi Feysbuk və İnstaqram səhifəsində paylaşılacaq.

Xatırladaq ki, turan100k layihəsi “Turan Tovuz” futbol klubuna avtobus alınması üçün başladılan ianə layihəsidir. Bu layihədə iştirak edin və klubun tarixində yerinizi alın!