Bu gün 2006-cı ildə keçirilən futbol üzrə Dünya çempionatının finalından və həlledici matça "damğa vuran" hadisədən 15 il ötür.

Belə ki, Almaniyada keçirilən mundialın finalında İtaliya ilə qarşılaşan Fransa yığmasının ulduzu Zinəddin Zidan rəqib futbolçu Marko Materazzini kəllə ilə vuraraq yerə sərir.

Görüşün hakimi isə fransalını dərhal meydandan qovur. Bu hadisədən sonra müxtəlif söz-söhbətlər dolaşır. Epizodla bağlı ən çox səsləndirilən fikir isə Materazzinin Zidanın ailə üzvlərini ağır söyüşlərlə təhqir etməsi olur.

Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə bitib. Penaltilər seriyasında isə italyanlar daha dəqiq oynayaraq (5:3) tarixləri ərzində 4-cü dəfə dünya çempionu olublar.