"Barselona" - PSJ matçını (1:4) "Nou Kamp"dan canlı izləyənlər arasında dünyaca məşhur MMA döyüşçüsü Həbib Nurmaqomedov da olub.

Offsideplus.az xəbər verir ki, Həbib hələ oyundan əvvəl "Real" azarkeşi olduğunu və bu görüşdə fransızlara azarkeşlik edəcəyini bildirmişdi. Rusiyalı döyüşçü 90 dəqiqənin tamamında sevinən tərəf olub. Lakin sevinci təkcə PSJ-nin qələbəsi olmayıb.

Belə ki, matç başa çatandan sonra PSJ-nin iki önəmli oyunçusu - qapıçı Keylor Navasla gecənin het-trik edən qəhrəmanı Kilian Mbappe oyunda geyindikləri futbolkalarını Nurmaqomedova hədiyyə ediblər. İdmançı həmin futbol köynəklərini "instagram" səhifəsində paylaşıb.

large

1613515419897057735