"Neftçi" klubunun futbolçuları bu gün 43 yaşı tamam olan baş məşqçi Samir Abasovu maraqlı formada təbrik ediblər.

Offsideplus.az xəbər verir ki, bu barədə video "ağ-qaralar"ın rəsmi televiziya kanalında yayımlanıb. Təcrübəli mütəxəssisi təbrik edənlər arasında "Qalatasaray"ın ulduzu Radamel Falkao da olub.