"Bavariya"nın aparıcı futbolçularından olan Leroy Sane maraqlı açıqlamalarla diqqət çəkib.

25 yaşlı futbolçu "Mançester Siti"də oynadığı dönəmləri yada salaraq rəhbərliyi altında oynamış Pep Qvardioladan danışıb.

Offsideplus.az "Der Spiegel"ə istinadla xəbər verir ki, Sane futbolçu kimi iinkişaf etməsində ispan mütəxəssisin böyük rolunu qeyd edib: "Peplə çox gözəl münasibətim var. Ən kiçik detallar üzərində işləməklə o məni yeni zirvəyə daşıdı. Topu hansı ayaqla qəbul etməyi. hansı ayaqla daşımağı, hansı anda topa necə zərbə vurmağı - bunları bir-bir öyrədib mənə. Düzdür. başqa məşqçilər də izah edir. Amma Qvardiola bunu hər gün edirdi. Bəzən mənə elə gəlirdi ki, başımın içinə balaca Qvardiola girib, hansı ki. hər dəqiqə mənə nəyisə başa salır".

Qeyd edək ki, Sane ötən ilin yayında "Mançester Siti"ni "Bavariya"ya dəyişib. Münhen təmsilçisinin heyətində meydana çıxdığı 21 oyunda aktivində 7 qol və 5 məhsular ötürmə var.