Noyabrın 28-də Mayk Taysonla Roy Consun şou xarakterli döyüşündən sonra ortaya yeni iddialar çıxmaqdadır.

Bu dəfə Taysonun rinqə ayaq basmamışdan əvvəl narkotik vasitədən istifadə etdiyi məlum olub.

Offsideplus.az "New York Post"a istinadla xəbər verir ki, bunu boks üzrə ağır çəkili dünya çempionu olan idmançının özü etiraf edib: "Təbii ki, marixuana çəkmişdim. Bilin, mən bunu tərgidə bilmirəm. Peşəkar səviyyədə döyüşəndə də çəkirdim. Üzürlü sayın, amma mən bunu çəkməsəm alınmır. Hər gün çəkirəm. İndiyə qədər də marixuananı heç vaxt atmamışam".

Qeyd edək ki, Tayson-Cons döyüşündən əvvəl  antidopinq assosiasiyasının (WADA) götürdüyü testdə idmançıların orqanizmində qadağan olunmuş preparatlar aşkarlanmayıb.