Əfsanəvi barziliyalı futbolçu Ronaldinyo Paraqvayda həbs olunub.

Offsideplus.az xəbər verir ki, sabiq futbolçu qardaşı ilə bərabər Paraqvaya səfəri zamanı saxta sənəddən istifadə edib. Onların qaldığı oteldə əməliyyat keçirən polislər bir neçə şübhəli sənədə rast gəliblər. Yoxlanış zamanı Ronaldinyonun pasportunun saxta olduğu üzə çıxıb.  Hər 2 qardaş hazırda polis bölməsindədirlər.

Image

Paraqvay Daxili İşlər Nazirliyi Ronaldinyo və qardaşına cinayət işi açıldığı barədə məlumat yayıb.