CBC Sport telekanalı yeni layihəyə start verib.

Offsideplus.az xəbər verir ki, "Tok Şou" adlı proqramla Azərbaycan idman televiziya tarixində ilk reallaşıb. Verilişin efir müddəti futbolda olduğu kimi 90 dəqiqədir. 45 dəqiqə sonra fasilə olur, oyunda hakimin əlavə etdiyi dəqiqələr kimi efir vaxtına da bir neçə dəqiqə əlavə oluna bilər. 

"Tok Şou"nun ilk buraxılışında Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri - Roberto Bordin ("Neftçi"), Tərlan Əhmədov ("Keşlə"), Ayxan Abbasov ("Sumqayıt"), Zaur Həşimov ("Zirə"), Jelko Sopiç ("Sabah"), Elmar Baxşıyev ("Qəbələ"), Aftandil Hacıyev ("Səbail") - iştirak ediblər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov müəyyən səbəblərdən efirdə iştirak edə bilməyib.

"Tok Şou"da qonaq olan baş məşqçilər həm aparıcılar Rüstəm Əfsərli və Gündüz Abbasazdənin, həm də azarkeşlərin onlara ünvanladığı sualları cavablandırıblar.

Sosial şəbəkələrdə CBC Sport-un yeni verilişi barədə müsbət fikirlər səsləndirilib.

Həmin proqramın videosunu təqdim edirik: