Futbol azarkeşi olan 6 ispan, 3 isveçrəli, 2 ingilis tərəfindən qurulan “Barselona” klubu 120 yaşına girdi.

İspaniyanın şərqindəki Kataloniya bölgəsinin dünyaca məşhur idman klubu “Barselona”nın əsası 1899-cu ilin 29 noyabrında qoyulub.

6 ispan, 3 isveçrəli, 2 ingilis və 1 alman azarkeş tərəfindən yaradılan klub geridə qalan 119 ildə idman tarixinin ən uğurlu klubları sırasında yer almağı bacarıb.

Image result for barcelona 1899

“Barselona”nın heyətində hazırda Lionel Messi başda olmaqla, Yohan Kroyff (1973-1978 futbolçu, 1988-1996 baş məşqçi), Miqueli (1973-1989), Ronald Koeman (1989-1995), Xristo Stoiçkov (1990-1998), Mixael Laudrup (1989-1994),  Rivaldo (1997-2002), Pep Qvardiola (1990-2001 futbolçu, 2008-2012 baş məşqçi), Ronaldinyo (2003-2008) kimi futbol dünyasının saysız-hesabsız ulduz futbolçuları yer alıb.

Image result for barcelona johan cruyff

“Katalonlar” 119 ilə 26 La Liqa çempionluğu, 5 Çempionlar Liqası, 30 Kral Kuboku, 13 İspaniya Super Kuboku, 5 Avropa Super Kuboku, 4 UEFA Kubok Qalibləri Kuboku, 3 Klublararası Dünya Kubokunu sığdıra bilib.

“Real Madrid”dən sonra dünyanın ən çox gəlir əldə edən ikinci klubu olan “Barselona”  2017-2018-ci illər mövsümündə 690,4 milyon avro gəlir əldə etmişdi (mənbə: “Deloitte” şirketi).

Heyətində Lionel Messi, Luis Suarez, Antuan Qrzimann, Osman Dembele, İvan Rakitiç, Serxio Buskets kimi futbolçuların yer aldığı “Barselona” bu mövsüm 671 milyon avro ilə La Liqada ən yüksək büdcəyə sahib klub kimi ilk sırada qərarlaşır.

Image result for leganes 1-2 barcelona

Klub tarixindəki ən uğurlu ilini Pep Qvardiolanın rəhbərliyi altında 2009-cu ildə yaşayan “Barselona” həmin il Liqa çempionluğu, Kral Kuboku, Çempionlar Liqası, Avropa Super Kuboku, İspaniya Super kuboku və Klublararası Dünya Kuboku olmaqla iştirak etdiyi bütün turnirləri qalib kimi tamamlamışdı.

Image result for barcelona 2009

“Barselona” bu mövsüm La Liqada geridə qalan 14 turdan sonra 28 xalla turnir cədvəlinə başçılıq edir.

Digər tərəfdən “Bir klubdan daha artıq” sloqanı ilə tanınan “Barselona” İspaniya daxilində siyasi mövqeyi olan və Kataloniyadakı seperatçı təşəbbüslərə dəstək verən klub kimi də tanınır.

 

Əliyeva Zeynəb