Fransa yığması və “Barselona”nın futbolçusu Samuel Umtiti zədələnib.

Offsideplus.az xəbər verir ki, Avro-2020-nin seçmə mərhələ oyunları üçün milliyə dəvət olunan futbolçu Albaniyaya qarşı matçdan öncəki məşq zamanı zədə alıb.

Buna görə də o, Fransa yığmasının albanlara 4:1 hesabıyla qalib gəldiyi qarşılaşmada forma geyinməyib.

Fransa yığması sentyabrın 10-da doğma meydanda Andorra ilə üz-üzə gələcək. Umtitinin həmin qarşılaşmada da iştirakı sual altındadır.