Misli Premyer Liqasının XIX turu çərçivəsində "Qarabağ" "Şamaxı"nı qəbul edib.

Offsideplus.az xəbər verir ki, gərgin keçən qarşılaşmada qapılara 5 qol vurulub.

Oyunda hesabı 4-cü dəqiqədə erkən qolla Nəriman Axundzadə açıb. 14-cü dəqiqədə Pusi matça tarazlıq gətirib. 29-cu dəqiqədə Kaşuk "köhlən atlar"ı yenidən önə çıxarıb. 39-cu dəqiqədə Konate qarşılaşmada təkrar bərabərlik yaradıb. 72-ci dəqiqədə Cəlal Hüseynovun avtoqolu isə görüşün hesabını müəyyənləşdirib.

Oyun Ağdam təmsilçisinin "3-2" qələbəsi ilə başa çatıb.

Qolları təqdim edirik: