Renat Dadaşovun şərəfini qoruduğu "Ankaragücü" səfərdə "Şanlıurfaspor" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Millimizin hücumçusu 46-cı dəqiqədə meydana daxil olub. 

Görüşdə yeganə qolu 51-ci dəqiqədə Rikaro Saponara vurub.