Amerika Beysbol Liqasının əfsanəsi Beyb Rutun forması rekord qiymətə satılıb.

Offsideplus.az xəbər verir ki, "Heritage Auctions"  Beyb Rutun 1932 mövsümündə çempionluq oyununda geyindiyi "Nyu York Yankis" formasını hərraca çıxarıb. 24 milyon dollara alınan forma indiyə qədər idman kolleksiyasına aid satılan ən bahalı məhsul olub. 

Qeyd edək ki, oyunçu "Boston Red Soks"da 3, "Nyu York Yankis" də 4 olmaqla ümumi 7 çempionluq yaşayıb.